

Gettravel MMC üçün hazırlanmış; 7 turizm xidmətini (aviabilet, otel, turpaket, fərdi tur, transfer, sığorta, viza), müştəri referal-loyallıq balansını, işçi maaş və hədəf əsaslı bonus hesablamalarını, WhatsApp avtomatlaşdırmalarını və admin təsdiq mexanizmini birləşdirən tam funksional ERP platforması.
1. Sistem aviabilet, hotel, turpaketi, fərdi tur (çoxpartnyorlu mühasibatlıq ilə), transfer, sığorta və viza satışlarını vahid "Satışlar" (Sales) mərkəzinə avtomatik sinxronlaşdırır. Çoxvalyutalı mühit, valyuta kalkulyatoru, taksit/bank kart planları (3/6/12 ay faiz hesablamaları) və partnyor-müştəri borc balansı tam dəqiqliklə izlənilir. Mühasib və rəhbərlik Maliyyə İcmalında ümumi satış gəlirini, xərcləri, maaş-bonus fondunu və xalis qazancı real vaxtda görür.
2. Müştəri Loyallıq Modulunda hər müştəriyə avtomatik unikal kod (GET-00001 formatında) verilir: tövsiyə ilə gələn yeni müştəri qarşılama bonusu, dəvət edən müştəri isə maksimum limit nəzərə alınmaqla referal bonusu qazanır; gəliş kanalları üzrə ROI analitikası aparılır. İşçi Maaş və Bonus Modulunda sabit əmək haqqı üzərinə 3 fərqli bonus modeli (Hədəfsiz, Hədəf sonrası, Hədəfdən əvvəl/sonra) və əməkdaşa özəl fərdi hədəf faizləri tətbiq olunur; səyahət sonrası WhatsApp-dan gələn ulduz reytinqləri birbaşa əməkdaşın performans cədvəlində əks olunur.
Turizm agentliyində aviabilet, otel, viza, transfer, sığorta və fərdi tur satışlarının ayrı-ayrı partnyorlarla hesablaşmalarını aparmaq, müştəri referal bonuslarını izləmək, əməkdaşların sabit maaşla yanaşı satış hədəflərinə görə dəyişən bonuslarını hesablamaq, satış düzəlişlərinə nəzarət etmək və səyahət sonrası müştəri məmnuniyyətini ölçmək vahid mərkəzləşdirilmiş ERP sistemi tələb edirdi.
Codemark komandası tərəfindən Laravel 12 və Filament 3 üzərində rol əsaslı (Admin, Əməkdaş, Mühasib) GetTravel ERP sistemi quruldu. Sistemə mərkəzi satış sinxronizasiyası, referal loyallıq proqramı, 3 rejimli işçi bonus mühərriki, 3 mərhələli admin təsdiq axını, PDF müqavilə generatorları və Twilio WhatsApp avtomatlaşdırmaları inteqrasiya edildi.