

ABŞ və Kanada auksionlarından (Copart, IAAI, Manheim) Azərbaycana avtomobil idxalını, daşınma kalkulyatorunu, VIN kodla sifariş statusunun izlənməsini və canlı avtomobil kataloqunu birləşdirən tam funksional veb platforma.
1. Platforma avtomobil idxalının bütün mərhələlərini rəqəmsallaşdırır. İstifadəçilər kataloq bölməsində "Sifarişlə" və "Qazanılıb" statuslarına, qiymətə, ilə və tarixə görə avtomobilləri filtrləyə, hər lotun texniki göstəricilərinə baxa və saytdakı video təlimat vasitəsilə bütün funksiyalardan rahat istifadə edə bilirlər.
2. Saytda yerləşdirilmiş Daşınma Kalkulyatoru auksion platforması (Copart, IAAI, Manheim), avtomobilin lokasiyası, yükləmə portu, kateqoriyası və çatdırılma portu (Poti və ya Bakı Limanı) əsasında xərcləri dərhal USD və AZN ilə hesablayır. VIN Yoxla bölməsi isə müştərilərə avtomobilin dəniz daşınması, gömrük statusu və WhatsApp üzərindən tarixçə sorğusu göndərmək imkanı yaradır.
ABŞ və Kanadadan avtomobil sifariş etmək istəyən müştərilər üçün auksion lotlarını (Sifarişlə və Qazanılıb statusları ilə) rahat filtrləmək, daşınma və liman xərclərini əvvəlcədən şəffaf hesablamaq, eləcə də sifariş edilən avtomobilin dəniz və gömrük mərhələlərini VIN kod vasitəsilə onlayn izləmək üçün vahid rəqəmsal sistem tələb olunurdu.
Codemark komandası tərəfindən avtomatik daşınma kalkulyatoru, 16–17 simvollu VIN kod üzrə sifariş statusu və tarixçə sorğusu, dinamik avtomobil kataloqu (Amexline lot inteqrasiyası ilə), video qalereya və konteyner izləmə modulları ilə təchiz olunmuş müasir Laravel platforması hazırlanıb istifadəyə verildi.